...

Mbappe millisinə kömək edə bilməyəcək

İdman Materials 18 İyun 2024 14:20 (UTC +04:00)

Bakı. Trend:

Fransa millisi ciddi itki ilə üzləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsinin 2 oyununu buraxacaq.

Burnu sınan forvard iyunun 21-də Niderland, 4 gün sonra isə Polşaya qarşı keçiriləcək matçda meydanda olmayacaq. Komandası mərhələ adlayarsa, kapitan maska ilə mübarizə aparacaq.

Qeyd edək ki, Mbappe AVRO-2024-ün ilk matçında Astriyaya 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnib.

Xəbər lenti

Xəbər lenti