...

Konfrans Liqası: İlk mərhələnin püşkü olub

İdman Materials 18 İyun 2024 19:33 (UTC +04:00)

Bakı. Trend:

Konfrans Liqasının I təsnifat mərhələsinin püşkatması keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu mərhələdə 50 komanda yarışacaq.

İlk mərhələnin oyunları iyulun 11-də, cavab matçları isə 1 həftə sonra olacaq.

Qeyd edək ki, Azərbaycan klubları II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ölkəmizi “Sabah” və “Sumqayıt” təmsil edəcək.

Konfrans Liqası, I təsnifat mərhələsi
“Velez” (Bosniya və Hersoqovina) – “İnter” (Andorra)
“Floriana” (Malta) – “Tre Penne” (San-Marino)
“Torpedo” (Belarus) – “Milsami” (Moldova)
“Şaulyay” (Litva) – “Levadiya” (Estoniya)
“Bala Toun” (Uels) – “Payde” (Estoniya)
“İsloç” (Belarus) – “La Florita” (San-Marino)
“Kaernarfon Toun” (Uels) – “Kruzeyders” (Şimali İrlandiya)
“Kalev” (Estoniya) – “Urartu” (Ermənistan)
“Valur” (İslandiya) – “Vlajniya” (Albaniya)
“Malişeva” (Kosova) – “Buduçnost” (Monteneqro)
“Atletik” (Andorra) – “Partizani” (Albaniya)
“Auda” (Latviya) – “B36 Torshavn” (Farer adaları)
“Marsaxlokk” (Malta) – “Partizani” (Albaniya)
“Styarnan” (İslandiya) – “Linfield” (Şimali İrlandiya)
“Torpedo” (Gürcüstan) – “Tirana” (Albaniya)
“Şelburn” (İrlandiya) – “Seynt Jozef” (Cəbəllütariq)
“Aktobe” (Qazaxıstan) – “Sarayevo” (Bosniya və Hersoqovina)
“Bravo” (Sloveniya) – “Konna Kvey” (Uels)
“Vikinqur” (Farer adaları) – “Liepaya” (Latviya)
“Noah” (Ermənistan) – “Şkendiya” (Şimali Makedoniya)
“Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya)
“F91 Düdelanj” (Lüksemburq) “Floriana” (Malta)
“Mornar” (Monteneqro) – “Dinamo” (Gürcüstan)
“UNA Strassen” (Lüksemburq) – “Kups” (Finlandiya)
“Vaasa” (Finlandiya) – “Jalgiris” (Litva)
“Magpies” (Cəbəllütariq) – “Derri Siti” (İrlandiya)

Xəbər lenti

Xəbər lenti