...

AVRO-2024: Xorvatiya Albaniya ilə heç-heçə edib

İdman Materials 19 İyun 2024 19:03 (UTC +04:00)
AVRO-2024: Xorvatiya Albaniya ilə heç-heçə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-də qrup mərhələsinin II turuna start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün ilk matçı Hamburqda baş tutub.

B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gəlib. Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniyanın görüşündə qapılara 4 qol vurulub. Albanlar hesabı erkən açsalar da, xorvatiyalılar 3 dəqiqəyə 2 dəfə fərqləniblər. Amma əsas vaxta əlavə olunmuş dəqiqələrdə Albaniya millisi məğlubiyyətdən qaça bilib. Avtoqola imza ataraq, komandasını pis vəziyyətdə qoyan Qyasula bu dəfə rəqibin qapısını dəqiq nişan alıb - 2:2.

Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və İtaliya üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti