...

Ukrayna millsinin antirekordu – ardıcıl 13 oyun

İdman Materials 22 İyun 2024 05:44 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna yığması Avropa çempionatlarında antirekorda imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “göy-sarılar” turnirdə keçirdikləri bütün oyunlarda qapılarından qol buraxıblar.

AVRO-2024-ün 2-ci turunda Slovakiya ilə qarşılaşma 13-cü belə oyun olub. İndiyədək heç bir yığma qapısını toxunulmaz saxlamaq üçün bu qədər vaxt gözləməyib.

Qeyd edək ki, Ukrayna millisi ardıcıl 4-cü dəfə final mərhələsində çıxış edir. İlk turda Rumıniyaya (0:3)uduzan Rebrovun komandası bu gün Slovakiyaya qalib gəlib (2:1).

Xəbər lenti

Xəbər lenti