...

“Zirə”nin oyununu Lüksemburqlu hakimlər idarə edəcək

İdman Materials 19 İyul 2024 19:25 (UTC +04:00)

Bakı. Trend:

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Dunayska Streda” qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, görüşü Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim İvo Torres, köməkçi hakimlər Ragael Marimni və Dani Dias Balsa olacaq. Dördüncü hakim funksiyasını isə Jasmin Sabotiç yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” – “Dunayska Streda” qarşılaşması iyulun 25-də saat 19:30-da “Dalğa Arena”da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti