Bakı. Trend:
Olimpiya Oyunları tarixində ilk qızıl medalın qazanılması Botsvanada əsl bayrama çevrilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna ölkə prezidenti Mokvetsi Masisi də biganə qalmayıb.
O, əhalinin bu tarixi nailiyyəti qeyd edə bilməsi üçün yarımgünlük qeyri-iş günü qərarı verib. Bu günün yarısı ölkə ərazisində iş olmayacaq.
Bunun səbəbkarı isə sprinter Letsil Teboqodur. O, atletikanın 200 m məsafəyə qaçış proqramında tarixi uğura imza atıb. 21 yaşlı atlet adlı-sanlı amerikalılar Kennet Bednarek və Noa Laylzı qabaqlayıb.
Qeyd edək ki, Noa 200 m məsafəyə qaçışda olimpiya çempionu olan ilk afrikalıdır.