Bakı. Trend:
"Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi Novak Cokoviç yeni rekorda imza atıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, reytinq cədvəlində 597 həftə Top-2-də qərarlaşıb.
Serbiyalı tennisçi Rafael Nadalın (596 həftə) rekordunu təzələyib. Cokoviç həm də reytinqə ən uzun müddət liderlik edən tennisçidir. Novak 428 həftə 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarının çempion titulunu qazanıb.