Bakı. Trend:
Bu gün UEFA Azərbaycan yığması Milətlər Liqasının I turu çərçivəsində ilk oyununa çıxıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, seçməmiz Bakıda İsveçi sınağa çəkib.
Bu oyun portuqaliyalı mütəxəssis Fernandu Santuşun yığmamızdakı debütü ilə yadda qalıb. Qarşılaşma millimizin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bütün qollar fasilədən sonra vurulub. Yığmamızın hücumçusu Ramil Şeydayev birinci hissəyə əlavə olunmuş dəqiqlərdə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniya ilə münasibətlərə aydınlıq gətirəcək.