...

Avropa çempionatı: Şamil bürünc, Kotsoev gümüş medal qazanıb (FOTO)

İdman Materials 7 Sentyabr 2024 17:17 (UTC +04:00)
Avropa çempionatı: Şamil bürünc, Kotsoev gümüş medal qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.

Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.

xxx

15:57

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 3-cü yarış günündə 4 çəkidə qaliblər müəyyənləşir.

Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.
Avropa çempionatı
Qızların yarışı
+78 kq

1/8 finalda mübarizəyə başlayacaq Nigar Süleymanovanın rəqibi fransalı Selia Cancan olub. Rəqibinə uduzan Nigar mübarizəni erkən dayandırıb.

Oğlanların yarışı
90 kq

Aslan Kotsoyevin ilk olaraq Alsksandru Sibisanı (Rumıniya) daha sonra isə Miçe Velteri (Lüksemburq) yolundan uzaqlaşdırıb. 1/4 finalda sloveniyalı Oleksi Boldyriedən üstün olan Aslan yarımfinala yüksəlib. Burda onun rəqibi Henry Ovusu (İtaliya) olacaq.

Tuncay Şamil Kiril Volkov (Litva) və Kristiano Minçinezidən (İtaliya) üstün olsa da 1/4 finalda serbiyalı Milyan Radulja uduzub. Şamil bürünc uğrunda təsəlliverici görüşdə xorvatiyalı Borna Butuyerlə qarşılaşacaq.

100 kq
İlk mərhələdən güləşməyə başlayan Azad Bağırov Frantizel Lhotzkini (Çexiya) məğlub edib. O 1/8 finalda fransalı Makenze Bordinlə bacarmayıb.

+100 kq
1/8 finalda mübarizəyə qoşulan Kənan Nəsibov Fedir Yarosenkoya (Ukrayna) qalib gəlib. O daha sonra komanda yoldaşı Ramazan Əhmədovu məğlub edib. Kənanın yarımfinalda rəqibi İbrahim Tataroğluya (Türkiyə) uduzub. Onun bürünc medal uğrunda görüşdə rəqibi çexiyalı Tomas Raska olacaq.
Ramazan Əhmədov isə litvalı Armandas Vaskasdan güclü olub. 1/4 finalda Kənana uduzan Ramazan bürünc medal uğrunda təsəlliverici görüşdə Saba Kardavaya (Gürcüstan) uduzub.

Qeyd edək ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti