Bakı. Trend:
Azərbaycan paralimpiyaçıları "Paris-2024" Yay Paralimpiya Oyunlarını 11 medalla tamamlayıblar.
Trend-in məlumatına görə, sonuncu medal qazanan idmançı paraüzgüçü Raman Saley olub.
S12 kateqoriyasında mübarizə aparan Saley 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulu ilə üzmədə 58.13 saniyəlik nəticə ilə üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri bu mötəbər yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.