...

Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

İdman Materials 27 Sentyabr 2024 21:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun ilk günündə bir matç baş tutub.

Yeganə qarşılaşma Sumqayıtda keçirilib. “Araz-Naxçıvan” “Səbail”i “Gənclik şəhəri”ndə qəbul edib. Hesabı qonaq komanda açsa da, meydan sahibləri geridönüş edə biliblər. Fasilədən sonra daha yaxşı oynayan Naxçıvan təmsilçisi qələbə sayəsində 1-ci pilləyə yüksəlib.

Oyunda qolları Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 58 (pen.). Bernardo Dias, 84 - Qorka Laruçça, 45+2; 89 vurublar

Qeyd edək ki, tura sentyabrın 29-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti