...

Van Deyk “Liverpul”da qalmağa razılıq verib

İdman Materials 28 Sentyabr 2024 17:20 (UTC +04:00)

Bakı. Trend:

“Liverpul” futbolçusu Vircil Van Deyklə müqaviləni uzatmağa qərar verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərə klubu 33 yaşlı mərkəz müdafiəçisini heyətdə saxlamaq istəyir.

Niderlandlı futbolçunun özü də anlaşmanın uzadılmasına razılıq verib.

O, 2027-ci ilədək komandada qalmaq arzusundadır. Müdafiəçinin indiki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Vircil 2018-ci ildən çıxış etdiyi “Liverpul”da 276 matçda 24 qol vurub.

Xəbər lenti

Xəbər lenti