Bakı. Trend:
Premyer Liqada IX tur davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turun ikinci gününün oyunları Bakıda keçiriləcək.
Aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparan “Səbail” “Şamaxı”nı sınağa çəkəcək. “Sabah” isə dövrənin sürprizi “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, I dövrənin sonuncu tutuna sabah yekun vurulacaq.
Premyer Liqa
IX tur
5 oktyabr (şənbə)
17:00. “Səbail” – “Şamaxı”
Baş hakim: Əliyar Ağayev
“ASCO Arena”
19:30. “Sabah” – “Araz-Naxçıvan”
Baş hakim: Cavid Cəlilov
“Bank Respublika Arena”.