...

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazandı (FOTO)

İdman Materials 9 Fevral 2025 21:20 (UTC +04:00)
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazandı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Bielsko-Biala şəhərində keçirilən karate (WKF / idman karatesi) üzrə yeniyetmələr, gənclər və U21 yaş kateqoriyaları arasında 52-ci Avropa çempionatı başa çatıb.

Trend xəbər verir ki, üç gün davam edən turnirdə Azərbaycan millisinin idmançıları ümumilikdə üç medal əldə ediblər. Yığmamızın üzvlərindən Ələddin Məlikov (16-17 yaş / 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan karate yığması çempionata Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi ilə qatılıb.

Xəbər lenti

Xəbər lenti