...

Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub

İdman Materials 16 Fevral 2025 12:39 (UTC +04:00)
Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kuboku martın 6-dan 9-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti