...

Azərbaycan həndbol millisi Moldovaya uduzub

İdman Materials 16 Mart 2025 17:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın kişilərdən ibarət həndbol millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununu keçirib.

Trend xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə gəlib.

Görüş, Moldova millisinin 29:28 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi B qrupunu sonuncu sırada tamamlayıb. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzaraq çempionatda mübarizəni davam etdirə bilməyib. Milli 5-8-ci yerlər uğrunda keçirilən görüşdə isə Paraqvaya 22:34 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti