Bakı. Trend:
İngiltərə millisinin futbolçusu Maylz Lyuis-Skelli tarixə düşüb.
Trend-in məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Albaniya ilə oyunda ( 2:0 ) fərqlənən müdafiəçi (18 yaş 176 gün) yığmanın heyətində debüt görüşündə qol vuran ən gənc futbolçu adına sahib çıxıb.
Bundan əvvəlki nəticə 18 yaş 209 günündə İngiltərə yığmasında ilk matçda Avstraliyaya qol vuran Markus Reşforda məxsus olub.