...

"Yuventus" baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb

İdman Materials 23 Mart 2025 23:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu, baş məşqçi Tiaqo Motta ilə yollarını ayırdığını elan edib.

Trend xəbər verir ki, bu barədə klub "X" sosial şəbəkəsində məlumat yayıb.

Eyni zamanda, klub mövsümün sonuna qədər xorvatiyalı mütəxəssis İqor Tudorun baş məşqçi vəzifəsini icra edəcəyini açıqlayıb.

Hal-hazırda "Yuventus" İtaliya çempionatının turnir cədvəlində beşinci yerdədir və 29 oyunda 52 xal toplayıb.

Xəbər lenti

Xəbər lenti