...

Yevlax şəhər stadionuna baxış keçirilib (FOTO)

İdman Materials 29 Mart 2025 10:10 (UTC +04:00)
Yevlax şəhər stadionuna baxış keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda futbol obyektlərinə baxış keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionu, stadionun ərazisində tikilmiş baza, həmçinin “Karvan” klubunun əvvəlki bazası, məşq meydançaları ilə tanış olublar.

“Karvan” klubunun nümayəndələri stadionun durumu, eləcə də, bazada görülən işlər barəsində onlara məlumat veriblər.

Qeyd edək ki, Yevlax şəhər stadionunun ərazisində tikilən iki mərtəbədən ibarət yeni bazada 29 otaq mövcuddur. Bundan başqa, bazada inzibati otaqlar, konfrans və trenajor zalı vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti