Bakı. Trend:
Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.
Trend-in məlumatına görə, final matçında "Gəncə" və NTD komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, kubokun son sahibi "Neftçi" komandasıdır.