Bakı. Trend:
"Beşiktaş"ın hücumçusu Ciro İmmobile yay transfer dönəmində A Seriyasına qayıda bilər.
Trend-in "Calciomercato"ya istinadən verdiyi məlumata görə, "İnter" mövsüm sonunda iranlı hücumçu Mehdi Taremi ilə yollarını ayırmağı planlaşdırır. Milan təmsilçisi onu əvəz etmək üçün İmmobileni heyətinə qatmağa çalışacaq.
Xatırladaq ki, 35 yaşlı forvard İstanbul klubuna mövsümün əvvəlində "Latsio"dan transfer olunub.
O, "Beşiktaş"ın heyətində 33 rəsmi matçda iştirak edərək 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.