...

"Mançester Siti" Braziliya millisinin üzvünü istəyir

İdman Materials 4 Avqust 2025 02:22 (UTC +04:00)
"Mançester Siti" Braziliya millisinin üzvünü istəyir

Bakı. Trend:

“Vest Hem” və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa Mançesterə köçə bilər.

Trend “Globo Esporte”yə istinadən xəbər verir ki, “Mançester Siti” Paketa üçün hərəkətə keçib.

“Vest Hem” transfer üçün 57-68 milyon avro tələb edir. Ötən mövsüm Paketa 36 matçda 5 qol vurub. Onun London təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

27 yaşlı futbolçu “Flamenqo”, “Milan”, “Lion” komandalarında oynayıb.

Xəbər lenti

Xəbər lenti