Bakı. Trend:
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Trend xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək.
Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:
- “Bude-Qlimt” (Norveç)
- “Seltik” (Şotlandiya)
Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.
Bu gün həmçinin Avropa Liqasının da pley-off mərhələsinin püşkü atllacaq. Bu zaman “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) cütünün məğlunun da rəqibi bəlli olacaq. Avroliqada pley-mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.