...

Basketbol üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib

İdman Materials 4 Avqust 2025 14:03 (UTC +04:00)
Basketbol üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda 13-ü milli, 3-ü klub olmaqla ümumilikdə 16 komanda iştirak edəcək.

Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya yığmaları və Xorvatiyanın “Zaqreb”, Çinin “Şanxay”, Rumıniyanın “Rapid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti