Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibləri məlum olub.
Ağdam təmsilçisi III təsnifat mərhələsini adlasa, pley-off-da “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
Pley-off matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq. “Köhlən atlar” ilk oyun üçün səfərə yollanacaq.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda baş tutacaq.