Bakı. Trend:
"Arsenal"ın yarımmüdafiəçisi Fabio Vieyra karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Trend-in məlumatına görə, "Ştutqart" portuqaliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə “The Athletic” nəşri xəbər yayıb.
Almaniya klubu 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "Arsenal"a rəsmi təklif göndərib. Hazırda klublar arasında transferlə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Fabio Vieyra ötən mövsümü icarə əsasında Portuqaliyanın "Portu" klubunda keçirib. O, komandanın heyətində 42 oyuna çıxaraq 5 qol vurub və 6 məhsuldar ötürmə edib.