...

Hollandiyalı futbolçular FIFA-ya qarşı bir milyard avroluq kollektiv iddiaya hazırlaşır

İdman Materials 5 Avqust 2025 00:51 (UTC +04:00)
Hollandiyalı futbolçular FIFA-ya qarşı bir milyard avroluq kollektiv iddiaya hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir qrup hollandiyalı futbolçu transfer qaydalarına görə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) qarşı ümumavropa səviyyəsində kollektiv iddia qaldırmağa hazırlaşır.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi “Justice for Players” (“Oyunçular üçün ədalət”) fonduna istinadla məlumat yayıb.

Futbolçuların iddiasına görə, FIFA-nın tətbiq etdiyi transfer siyasəti onların gəlirlərinin bir hissəsini itirməsinə səbəb olur. Bu səbəbdən də futbolçular quruma qarşı hüquqi mübarizəyə başlamaq niyyətindədirlər.

Fondun məlumatına əsasən, futbolçulara dəymiş ümumi zərər təxminən bir milyard avro məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti