Bakı. Trend:
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri avqustun 5-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Trend xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlərin qiyməti 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti 300 manat müəyyən edilib.
Biletləri aşağıdakı məntəqələrdən əldə etmək mümkündür:
iTicket.az onlayn satış platforması və fiziki satış məntəqələri;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.