...

Oğurluq edən iki futbolçu komandadan kənarlaşdırılıb

İdman Materials 5 Avqust 2025 03:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyanın “Kerri” futbol klubu zimbabveli müdafiəçi Şeyn Marudza ilə müqaviləni supermarketdən oğurluq etdiyi üçün birtərəfli qaydada ləğv edib.

Trend-in məlumatına görə, futbolçu ilə müqavilə cəmi dörd gün əvvəl imzalanmışdı. Hadisədən sonra klub yalnız Marudza ilə deyil, oğurluqda onunla birlikdə iştirak etdiyi bildirilən komandanın qapıçısı Matias Randriamami ilə də yollarını ayırıb.

“Kerri” klubunun yaydığı açıqlamada bildirilib:
“Təəssüf ki, onların dəyər və prinsipləri klubun standartlarına uyğun gəlmir.”

Klub rəhbərliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti