Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Trend-in məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.
Belə ki, "Malmö" "Kopenhagen"lə, "Dinamo Kiyev" "Pafos"la, "Şkendiya" "Qarabağ"la, "Reyncers" isə "Viktoria Plzen"lə üz-üzə gələcək
Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 12-də keçiriləcək.
21:00, "Malmö" - "Kopenhagen";
22:00, "Dinamo Kiyev" - "Pafos";
22:00, "Şkendiya" - "Qarabağ";
22:45, "Reyncers" - "Viktoria Plzen".