Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə start veriləcək.
Trend-in məlumatına görə, ilk oyun günündə yalnız bir qarşılaşma baş tutacaq.
Farer adalarını təmsil edən "Klaksvik" klubu doğma meydanda Belarusun "Neman" komandasını qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
22:45, "Klaksvik" - "Neman".