Bakı. Trend:
“Qəbələ” yeni transferini reallaşdırıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bölgə təmsilçisi İbrahim Sanqare ilə müqavilə bağlayıb. 31 yaşlı fransalı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir.
O, son olaraq İsrailin “Hapoel” (Hadera) klubunda forma geyinib.