Bakı. Trend:
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun başa çatıb.
Trend-in məlumatına görə, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.
xxx
22:31
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun başlayıb.
Trend-in məlumatına görə, komandalar arasında keçirilən oyunda artıq hesab açılıb.
Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşün 18-ci dəqiqəsində Toral Bayramov penaltidən fərqlənib.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.