Bakı. Trend:
Gürcüstan futbol millisinin müdafiəçisi Saba Qoqliçidze İtaliyanın "Udineze" klubuna keçib.
Trend-in məlumatına görə, bu barədə İtaliya klubunun mətbuat xidməti bildirib.
21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.
S.Qoqliçidze 2024-cü ilin yanvarından "Empoli"də çıxış edib. Ötən mövsüm müdafiəçi İtaliya klubunda 36 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı bildirib ki, "Udineze" Qoqliçidze üçün 4 milyon avro ödəyib.