...

“Trabzonspor” heyətinə yeni futbolçu cəlb edib

İdman Materials 7 Avqust 2025 18:47 (UTC +04:00)
“Trabzonspor” heyətinə yeni futbolçu cəlb edib

Bakı. Trend:

Türkiyənin “Trabzonspor” komandası heyətinə yeni futbolçu cəlb edib.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Qara dəniz təmsilçisi belçikalı oyunçu Kazım Olayqbenin keçidini rəsmiləşdirib. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Belçikanın U-21 millisində çıxış edən K. Olayqbenin son klubu Fransa təmsilçisi “Renn” olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti