Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə start veriləcək.
Trend xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində Azərbaycanın təmsilçisi "Sabah" Bolqarıstanda "Levski" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Selye"yə məğlub olan "Sabah", Konfrans Liqasının II təsnifat mərhələsində Moldova klubu "Petrokub”u mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib. Azərbaycan kubokunun qalibi səfər oyunundan uğurlu nəticə ilə dönməyə çalışacaq.
Qeyd edək ki, cavab oyunu avqustun 14-də Bakıda olacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
22:00. "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan)
Baş hakim: Duye Strukan (Xorvatiya)
"Levski": 92. Svetoslav Vutsov, 21. Aldayr Neveş, 50. Kristian
Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17.
Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 99. Radoslav
Kirilov, 12. Mustafa Sanqare
Baş məşqçi: Xulio Velaskes
"Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet,
40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin
Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko
(k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas
Sofiya, "Georgi Asparuxov" stadionu.