...

“Sabah” Bolqarıstanda minimal hesabla məğlub oldu

İdman Materials 8 Avqust 2025 00:15 (UTC +04:00)
“Sabah” Bolqarıstanda minimal hesabla məğlub oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, Bakı klubu səfərdə Bolqarıstanın “Levski” komandası ilə qarşılaşıb. Sofiyanın “Georgi Asparuxov” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün yeganə qolunu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti