Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunda çıxış edən Kriştiano Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq görüşündə het-trikə imza atıb.
Trend xəbər verir ki, portuqaliyalı hücumçu 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib. Üçüncü qolunu Ronaldo penaltidən vurub.
Ronaldo bu mövsüm ərzində iki yoldaşlıq oyununda ümumilikdə 4 qol qeydə alıb. İyulun 30-da Fransanın “Tuluza” komandası ilə keçirilən oyunda da o, komandasına 2:1 hesabı ilə qələbə qazandırmışdı.
“Əl-Nasr” – “Rio Ave” görüşü 4:0 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın ilk qolunu isə fransalı müdafiəçi Mohamed Simakan vurub.