...

“Real” 21 yaşlı hücumçu ilə müqaviləni 2030-cu ilə qədər uzadıb

İdman Materials 8 Avqust 2025 06:25 (UTC +04:00)
“Real” 21 yaşlı hücumçu ilə müqaviləni 2030-cu ilə qədər uzadıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakıl. Trend:

Madridin “Real” klubu 21 yaşlı hücumçu Qonsalo Qarsiya ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

Trend-in məlumatına görə, anlaşma 2030-cu ilə qədər qüvvədə olacaq.

Yeni müqaviləyə əsasən, futbolçunun mövcud 50 milyon avroluq çıxış maddəsi 1 milyard avroya yüksəldilib.

“Real” akademiyasının yetirməsi olan Qonsalo Qarsiyaya bir sıra Premyer Liqa nəhəngləri də maraq göstərib.

Xatırladaq ki, hücumçu son Klublararası Dünya Çempionatında 4 qol və 1 assistlə çıxış edərək turnirin ən yaxşı bombardiri olub.

Xəbər lenti

Xəbər lenti