Bakı. Trend:
“Arsenal”dan ayrılan Tomas Parti azad agent kimi “Vilyarreal”a keçib.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı qanalı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Tomas Parti 2020-ci ildən “Arsenal”da çıxış edirdi və ötən mövsüm 52 rəsmi oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Qana millisinin üzvüdür.