...

"Kristal Palas" İngiltərə Superkubokunun qalibi olub (ƏLAVƏ OLUNUB)

İdman Materials 10 Avqust 2025 20:47 (UTC +04:00)
"Kristal Palas" İngiltərə Superkubokunun qalibi olub (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Superkuboku ("FA Community Shield") uğrunda "Kristal Palas" və "Liverpul" komandaları üz-üzə gəlib.

Trend xəbər verir ki, 82 645 tamaşaçının izlədiyi qarşılaşma Londonun "Uembli" stadionunda keçirilib.

Əsas vaxtı 2:2 bitən matçdan sonra penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn "Kristal Palas" bu il ikinci kubokunu qazanıb.

Oyunun sonuna yaxın sarı vərəqə alan "Liverpul"un lideri Məhəmməd Salah penaltilər seriyasında da fərqlənə bilməyib.

XXX

14:30

Bu gün İngiltərə Superkuboku çərçivəsində “Kristal Palas” və “Liverpul” komandaları qarşılaşacaq.

Trend xəbər verir ki, oyun Londonun “Uembli” stadionunda baş tutacaq və görüşü baş hakim Kris Kavana idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsümdə 38 turda 84 xal toplayan “Liverpul” İngiltərə çempionu olub. “Kristal Palas” isə finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun qalibi adını qazanıb.

İngiltərə Superkuboku.
Final: "Kristal Palas" - "Liverpul"
10 avqust
Saat 18:00

Xəbər lenti

Xəbər lenti