Bakı. Trend:
“Qəbələ” İspaniyanın “Real” klubunun (2004–2014) yetirməsi Xayme Syerra ilə müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı ispaniyalı yarımmüdafiəçi son olaraq Xorvatiyanın “Varajdin” klubunda çıxış edib.