...

Qaret Beyl Uels klubunu almaq istəyir

İdman Materials 12 Avqust 2025 15:18 (UTC +04:00)
Qaret Beyl Uels klubunu almaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uels millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Qaret Beyl klub sahibi ola bilər.

Trend xəbər verir ki, keçmiş hücumçu ölkəsinin “Kardiff Siti” klubunu almaqda maraqlıdır.

"Bu, mənim məqsədlərimdən biridir. Həqiqətən buna nail olmaq istəyirəm. Mən Uelsdənəm və “Kardiff” azarkeşlərinin doğma klublarını necə sevdiyini bilirəm. Komandanın arzusu Premyer Liqaya vəsiqə qazanmaqdır. Əlbəttə, bu, çox çətin işdir, amma mən mütləq cəhd etmək istərdim”, – deyə Beyl bildirib.

36 yaşlı veteran oyunçu daha əvvəl klubun indiki sahibinə 40 milyon funt-sterlinq təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb.

Qeyd edək ki, paytaxt təmsilçisi hazırda İngiltərənin I Liqasında mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti