...

“Qarabağ” – “Şkendiya” oyunu üçün satılmış biletlərin sayı açıqlandı

İdman Materials 12 Avqust 2025 16:50 (UTC +04:00)
“Qarabağ” – “Şkendiya” oyunu üçün satılmış biletlərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və Şimali Makedoniyanın “Şkendiya" komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən Trend-ə verilən məlumata görə, artıq qarşılaşma üçün 25 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, bu gün oynanılacaq "Qarabağ" - "Şkendiya" görüşü saat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti