...

“Qarabağ” Çempionlar Liqasında pley-offa yüksəldi (YENİLƏNİB-6)

İdman Materials 12 Avqust 2025 21:49 (UTC +04:00)
“Qarabağ” Çempionlar Liqasında pley-offa yüksəldi (YENİLƏNİB-6)

Bakı. Trend:

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” klubu ilə cavab matçını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib.

Səfərdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” bu dəfə erkən qol buraxsa da, üstün oyun nümayiş etdirərək rəqibini darmadağın edib. Azərbaycan çempionu görüşü 5:1 hesabı ilə başa vuraraq turnirin pley-off mərhələsinə adlayıb.

XXX

21:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab oyununda altıncı qol vurulub.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 59-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. “Köhlən atlar” hesabı 5:1 edib.

Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XXX

21:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk hissəsindən sonra Ağdam təmsilçisi 4:1 hesabı ilə qalib gəlir. Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edir.

Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XXX

20^18

"Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda üçüncü qol vurulub.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

Kadi Borges 18-ci dəqiqədə “Qarabağ” ı hesabda irəli çıxarıb.

20:18

xxx

"Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

20:15

xxx

"Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

Matçda qonaqlar hesbaı açıblar.

10-cu dəqiqədə Fabris Tamba fərqlənib.

20:10
xxx

“Qarabağ" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə oyunu start götürüb.

Trend xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti