Bakı. Trend:
“Liverpul” “Kristal Pelas”ın kapitanı Mark Qehi ilə maraqlanır.
Trend-in məlumatına görə, İngiltərə yığmasının üzvü olan 25 yaşlı futbolçu ilə danışıqlara start verilib.
Onun transfer qiyməti 35-40 milyon avro arasında qiymətləndirilir.
Qeyd edək ki, Mark Qehi “Kristal Pelas”la İngiltərə Kuboku və Superkubokunu qazanıb. O, London klubunun heyətində 156 rəsmi matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.