Bakı. Trend:
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş” (Macarıstan) komandası ilə qarşılaşacaq.
Trend-in məlumatına görə, III təsnifat mərhələsində “Ferentsvaroş” Bolqarıstanın “Ludoqorets” komandasını (0:0, 3:0) mübarizədən kənarlaşdırıb və Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gəlib və növbəti raunda adlayıb.