Bakı. Trend:
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə İrlandiyada yerli “Şelburn” və Xorvatiyanın “Riyeka” klubu üz-üzə gəlib.
İlk qarşılaşmada doğma azarkeşləri önündə 1:2 hesabı ilə uduzan Balkan təmsilçisi səfərdə 3:1 hesabı ilə qələbə qazanaraq mərhələ adlayıb (cümi nəticə 4:3).
Qeyd edək ki, III təsnifat mərhələsinin digər cavab oyunları avqustun 14-də keçiriləcək.