Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmaları baş tutub.
Trend-in məlumatına görə, 10 oyunun nəticəsinə əsasən pley-off mərhələsinə yüksələcək komandalar müəyyənləşib.
Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyanın “Şkendiya” klubunu mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası pley-offda potensial rəqibi olan “Ferentsvaroş”un Bolqarıstanın “Ludoqorets” klubunu üstələməsi ilə qarşılaşacaq.
Bundan əlavə, Türkiyənin “Fənərbaxça” klubu öz meydanında “Feyenoord”u məğlub edərək pley-offa yüksəlib. Qazaxıstan çempionu “Kayrat” isə Slovakiyada qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
12 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) -
5:1 (1:0)
21:00. “Kopenhagen” (Danimarka) - “Malmö” (İsveç) - 5:0 (0:0)
21:00. “Fənərbaxça” (Türkiyə) - “Feyenoord” (Niderland) - 5:2
(1:2)
21:00. “Pafos” (Kipr) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:0 (1:0)
21:00. “Plzen” (Çexiya) - “Reyncers” (Şotlandiya) - 2:1 (0:3)
21:30. “Brügge” (Belçika) - “Zalstburq” (Avstriya) - 3:2 (1:0)
22:15. “Ferentsvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan) -
3:0 (0:0)
22:15. “Slovan” (Slovakiya) - “Kayrat” (Qazaxıstan) - 1:0, ə.v.
0:0, p. 3:4 (0:1)
23:00. “Benfika” (Portuqaliya) - “Nitsa” (Fransa) - 2:0 (2:0)
23:00. “Srvena Zvezda” (Serbiya) - “Lex” (Polşa) - 1:1 (3:1)