...

Canluici Donnarumma PSJ-dən ayrıldığını açıqlayıb

İdman Materials 13 Avqust 2025 04:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyalı qapıçı Canluici Donnarumma Paris Sen-Jermen (PSJ) klubundan ayrıldığını açıqlayıb.

Trend-in məlumatına görə, Donnarumma azarkeşlərə müraciətində komandada qalmayacağını bildirib.

O, sosial şəbəkədə paylaşım edərək, PSJ-ni tərk etdiyinə görə məyus olduğunu və azarkeşlərin dəstəyini, sevgisini heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən PSJ-də çıxış edən 26 yaşlı qolkiper 161 oyunda komandanın qapısını qoruyub və klubla 10 titul qazanıb.

Xəbər lenti

Xəbər lenti